Nazir Cahangir Novruzova "Xalq artisti" Fəxri adını təqdim edib
Tarix: 23-09-2019, 11:52





Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.
Open.az xəbər verir ki, nazir sənətkara "Xalq artisti" Fəxri adının döş nişanı və vəsiqəsini təqdim edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 27 may 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Cahangir Mütəllib oğlu Novruzov "Xalq artisti" Fəxri adına layiq görülüb.








Paylaş: