Tina Karol Bakıda konsert verəcək
Tarix: 19-09-2017, 12:26


Ukraynanın xalq artisti, tanınmış müğənni Tina Karol Bakıda konsert verəcək.
"Report"un məlumatına görə, konsert proqramı noyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq.
Qeyd edək ki, T.Karol 1985-ci il yanvarın 25-də Rusiyanın Maqadan vilayətində anadan olub. 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirib. "Novaya Volna-2005" müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanıb. 2006-cı ildə "Eurovision" mahnı müsabiqəsində Ukraynanı “Show Me Your Love” mahnısı ilə təmsil edib və 7-ci yerə layiq görülüb. O, həmçinin "Ukraynanın səsi" musiqi yarışmasının jurisi kimi də tanınıb. 

Paylaş: