"Cavan qız uşağı diskotekada nə işin var idi?"
Tarix: 19-09-2019, 17:04




Ötən “5/5” proqramında müğənni Mətanət Əsədovanın evindən canlı yayım edilib.

Axşam.az xəbər verir ki, aparıcı Zaur Kamal evin 350 min manat qiymətinin olduğunu deyib.

O, bu yaxınlarda baxıcının evindən yayılan görüntüləri barədə sual ünvanlayıb. Mətanət görüntülərinə belə aydınlıq gətirib:

“Allahdan gizlin pis işlərlə məşğul olan insanlar gedir özlərini camaata imam sifətində göstərirlər. O, bizim nəslimizin qanında yoxdur. Mən ora türkə-çarə üçün getmişdim. Sağalandan sonra təşəkkür üçün getdim. Dedi ki, heç nə lazım deyil, mənim üçün oxu. Bunu şişirtməyin nə adı var?”.

Daha sonra Zaurun “Səni diskotekada çəkiblər. Cavan qız uşağı diskotekada gecə vaxtı nə işin var idi” deyə, sualına Mətanət “Onu çəkiblər? Nə vaxt olub?” deyə, cavab verib.

VİDEO BURADA​​​

Paylaş: