Xoşqədəm Hidayətqızından direktora sillə kimi cavab: "Vicdanım rahatdır"
Tarix: 19-09-2019, 17:03




Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovaya cavab verib.

BiG.AZ xəbər verir ki, məhkəmə qərar verir ki, uşaq atadan alınıb anaya verməldir: "Lakin icraçı hadisələr sadəcə seyir edir. Sonra da 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova bildirir ki, Xoşqədəm Elina məsələsini efirə çıxarıb şişirib, şou yaratdı. Mən hər zaman həqiqəti tamaşaçıya çatdırıram. Çünki vicdanım rahatdır".

Qeyd edək ki, Sevin Abbasova sentyabrın 18-i jurnalistlərə verdiyi müsahibəsində bildirmişdi ki, Eliniçka məni görən kimi tez qaça-qaça gəlib salamlaşırdı: "İnşallah sağ qalmaz" ifadəsi ilə bağlı 20-yə yaxın adam Prokurorluğa çağırılıdı. Onların səs analizlərini götürdülər. Müasir texnologiyalar vasitəsi ilə səsyazısını yoxladılar və məlum oldu ki, o, Xoşqədəm xanımın sensasiya yaratmaq arzusudur. Oradakı səs Xalidə Bayramovaya məxsusdur".

Paylaş: