Boşandıqları deyilən Kamil və Gülayın qızı danışdı - "Gülayın qızıyam"
Tarix: 19-09-2019, 15:30




Bir müddət öncə boşandıqlarına dair xəbərlər yayılan idmançı Kamil və Gülay Zeynallı ARB telekanalının "Üç əlli" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, verilişdə Kamil, Gülay və onların qızı Sahiləyə müxtəlif suallar verilib.
Kamil və Gülay bir-biri haqda verilən bütün sualları doğru cavablayıb.
Kamil həyat yoldaşının ad günündə 1111 qızıl gül aldığını və avtomobilə yerləşmədiyi üçün onu evakuatorla apardıqlarını dilə gətirib.
"Sahiləyə kimin qızısan? sualını versək nə cavab verər?" deyə Gülaya sual ünvanlayan aparıcıya, müğənni "idmançı Kamil Zeynallının qızıyam" cavabını verib.
Cütlüyün qızı isə "Gülayın qızıyam" cavabını verərək, ifaçını təəccübləndirib.



Paylaş: