Elariz Ramalın cavabını verdi: "Sən Mələkxanımı biabır etmisən"
Tarix: 19-09-2019, 15:28



Müğənni Ramal İsrafilovun həmkarı Elariz Məmmədoğlu barəsində dediyi sözlər cavabsız qalmayıb.
Lent.az -ın məlumatına görə, Elariz "Show news" verilişinə açıqlama verərək, Ramla bu sözləri ünvanlayıb:
"Bu adamın nə kişi, nə qadın tembri var. Bir özünə, bir də mənə bax. Gör, mənim adımı çəkməyə layiqsən? O boyda sənətkarı, Mələkxanım Əyyubovanı biabır edən adamdır. Mənim adımı çəkmə. Ramal mənim kimi peşəkar ola bilməz.
Mənim məktəbim, vokal müəllimlərim var. İndi Elarizi tənqid etməklə, özünü reklam etmək istəyir. Azərbaycan müğənnilərini Amerika toylarına cəlb etmək, yeni layihələrə salmaqistəyirəm, bunların danışdıqlarına baxın. Belə insanlarla məni calaşdırmayın".
Ramal Elariz Məmmədoğlu barədə bu sözləri demişdi:
"Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir”.



Paylaş: