Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti canlı EFİRDƏ: "Bakıya qayıtmaq istəyirəm"
Tarix: 18-09-2019, 15:20




ARB TV-nin “Elgizlə İzlə” verilişində uzun zamandır səhhətində problem yaşayan xalq artisti Naibə Allahverdiyeva ilə telefon bağlantısı qurulub.

Türkiyədə müalicə alan xalq artisti vətəni üçün darıxdığını deyib:

“Sağlam olarsansa, dünyada hər şeyə nail olmaq olar. Bir müddətdir ki, səhhətimlə bağlı Türkiyədəyəm. İnşallah hər şey yaxşı olar. Az bir zaman burada olmağıma baxmayaraq vətənim üçün darıxıram. Burnumun ucu göynəyir, Bakıya qayıtmaq istəyirəm. Tezliklə görüşəcəyik”.



Paylaş: