55 yaşlı Bred Pittdən gözlənilməz fotosessiya
Tarix: 18-09-2019, 11:36



Son vaxtlar “Once Upon a Time in Hollywood” filmindəki performansı ilə gündəmdə olan Bred Pitt "GQ" jurnalına müsahibə verib.
“Yeni Sabah” xəbər verir ki, jurnal üçün fotosessiya da etdirən 55 yaşlı aktyorun yaşından xeyli gənc görünməyi diqqət çəkib. 
6 uşaq atası olan B.Pitt şəxsi həyatından danışıb. 2017-ci ildə aktrisa Ancelina Coli ilə yollarını ayıran ulduz boşanmadan sonra bir müddət psixoloji dəstək aldığını etiraf edib. O artıq hər şeydən əlini üzdüyünü, dinə bağlandığını açıqlayıb. Aktyor həmçinin həyatından gileylənib. Ən çox tanınanlardan olsa da, real həyatda özünü çox yalnız hiss etdiyini deyib. 




Paylaş: