Rafetdən küçədə döyülən keçmiş arvadına dəstək
Tarix: 18-09-2019, 10:40




Türk müğənnisi Rafet El Roman keçmiş həyat yoldaşı Ceren Kaplakarsalana dəstək olduğunu açıqlayıb.

UlduzumSan.Az axşam.az-a istinadən bildirir ki, sevgilisi tərəfində küçənin ortasında döyülən Ceren haqda çox məyus olduğunu söyləyən ifaçı hər zaman onun yanında olacağını deyib.

"Ceren mənim keçmiş həyat yoldaşım, dostumdur. Onu elə vəziyyətdə görəndə dəhşətə gəldim. Səbəb nə olursa olsun, bir qadına bu cür şiddət insanlıqdan kənar hərəkətdir. Hər zaman onun yanındayam. Ümid edirəm, körpəsini də sağlam şəkildə qucağına alacaq", - o bildirib.

Qeyd edək ki, 6 aylıq hamilə olan C. Kaplakarslan və anası 3 ildir birlikdə yaşadığı sevgilisi Temel Kankıran tərəfindən küçənin ortasında döyülərək üzü tanınmaz hala düşüb.

Paylaş: