Nigarla Eldarın şəxsi əşyaları muzeydə sərgilənəcək
Tarix: 18-09-2019, 09:53



“Eurovision- 2011” mahnı müsabiqəsinin qalibləri- Eldar Qasımov və Nigar Camalın şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyində yer alıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Eldar instaqram səhifəsində məlumat verib. O, Nigarla görüntülərini paylaşaraq şərəfli anlar yaşadığını qeyd edib:
“Qalibiyyətimizi və imzalarımızı əks etdirən açıqça və bəzi şəxsi əşyalarımız artıq Milli Azərbaycan Tarixi Muzeyində öz yerini tapacaq. Minnətdaram! Bu, bizim tariximizdir, bu, hamımızın tarixidir”.

VİDEO BURADA​​​

Paylaş: