Məşhur aktyor kosmosda olan astronavtdan müsahibə aldı
Tarix: 17-09-2019, 17:47

MÉÅhur aktyor kosmosda olan astronavtdan müsahibÉ aldı

Dünyaca məşhur Hollivud aktyoru Bred Pit kosmosda olan astronavtdan kosmosa dair müsahibə alıb.

BakuPost DHA-ya istinadən xəbər verir ki, Bred Pitin “Bilirəm olduqca məşğulsunuz. Amma eyni zamanda ailəniz və sevdikləriniz üçün darıxırsınız. Özünüzü necə stabil saxlaya bilirsiniz?” sualına astronavt “Çox doğrudur. Ailə sahibi olmaq və sevdiklərimizdən uzaq qalmaq çətindir. Amma mənə elə gəlir ki, ən böyük təsəllimiz vəzifəmizi yerinə yetirdiyimiz məkanın yerə yaxın olmasıdır. Ona görə də, telefon bağılantısı yarada və həftə sonları uşaqlarla görüntülü danışa bilirik” sözləri ilə cavab verib. Kosmosda necə yaşadıqlarından bəhs edən astronavt, kosmosa və peşələrinə dair məlumatlar verib.

Kosmos səyahətinin necə olduğu, nələr hissetdirdiyi sualına astronavt “Dünya ilə birlikdə fırlanmaq möhtəşəm bir hissdir və bunu kosmosda çox yaxşı hiss etmək mümkündür” deyə cavab verib.

Astronavtların iki həftə əvvəl baxdıqları öyrənilən və yaxın günlərdə nümayişinə başlanılacaq olan mövzusu kosmos olan filmdə astronavt obrazını canlandıran Bred Pitt dostu Corc Kluneyin də əvvəllər astronavt rolunu oynadığına diqqət çəkərək “Kim daha inandırıcıdır. Corcmu, Bredmi?” sualına astronavt “Əlbətdə ki, siz” deyə cavab verib.

Qeyd edək ki, Bred Pit rejissor Ceyms Qreyin çəkdiyi “Ulduzlara doğru” adlı filmdə astronavat rolunu canlandırır.










Paylaş: