"Kiminləsə gizli yaşamalıyam?" - Ərə getməyə hazırlaşan müğənnimiz
Tarix: 17-09-2019, 17:00




Meyxanaçı Samirə Yusifqızı “Elgizlə izlə” verilişinin qonağı olub.
Lent.az -ın məlumatına görə, verilişdə müğənninin yenidən ailə qurmaq istəyi müzakirə edilib və qınanılıb.
Samirə isə tənqidə bu cür cavab verib: “Ərə getməyim, gedim gizlində kiminləsə yaşayım? Cavan qadınam, tək qalmalıyam? Onda sənətimi də atım? Sənətçiyə ruh verən sevgidir. Sabah evdə tək qalanda kimsə mənə gəlib çörək verməyəcək”.
Qeyd edək ki, S.Yusifqızının həyat yoldaşı dünyasını dəyişib. O, ilk dəfə Lent.az -a açıqlamasında yenidən ailə qurmağa hazırlaşdığını demişdi.



Paylaş: