Ramal Elarizi tənqid etdi - “Bakıda yoxdur, reklamı gedir”
Tarix: 17-09-2019, 15:00

Ramal Elarizi tÉnqid etdi

Müğənni Ramal İsrafilov bir müddət əvvəl Amerikaya köçən həmkarı Elariz Məmmədoğlunu tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, “Üç əlli” proqramına qonaq olarkən Elarizin səsinin olmadığını bildirib:
“Elariz Amerikaya getdi, amma yenə səsi çıxır. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Başa düşürsüz? Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir. Belə oxumaq olmaz”.

Paylaş: