"Bu sahədə bir boşluq var"
Tarix: 17-09-2019, 14:58




"Azərbaycanda uşaq filmləri ilə bağlı kino sahəsində boşluqlar var".
“Ölkə.Az” xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin Mədəniyyət komitəsinin bu  gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, Azərbaycanda istedadlı uşaqların filmə çəkilməsinə çalışır və bununla bağlı müvafiq qurumlara müraciət etsə də, bildirilib ki, uşaq filmləri ilə bağlı ssenarilər yazılmır: “Uşaq  filmləri ilə bağlı ssenarilər yazılmadığından respublikada uşaq filmləri çəkilmir. Bu sahədə bir boşluq var. Axı uşaqların, yeniyetmələrin gələcək tərbiyəsi baxımından bu filmlərin müstəsna rolu var”.
Deputat eyni zamanda Milli Kulinariya Assosasiyasının Azərbaycan dolması haqqında yazdığı kitabın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini dilə gətirib. “Kitabda Azərbaycan dolmasının 134 tərifi verilib. Əgər ermənilərdə belə bir kitab olsaydı, onlar dünyaya car çəkərdilər və yayardılar. Hesab edirəm ki, bu kitabın geniş oxucu kütləsinə çatdırılmasına zəruri ehtiyac var”-J.Əliyeva deyib.

Paylaş: