"Mədəniyyət sahəsinə daha çox vəsaitin ayrılmasına nail olmalıyıq" — Deputat
Tarix: 17-09-2019, 14:57



"Azərbaycan ən müxtəlif sahələrdə - iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, enerji sahəsində uğurlar əldə etsə də, bunların başında mədəniyyət gəlir".
 “Ölkə.Az” xəbər verir ki, bunu  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bugünkü  iclasında səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin mədəniyyət sahəsində göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə inkişaf etməkdədir. “Biz 2018-ci ilin  büdcəsi zamanı mədəniyyət sahəsinə ayrılan vəsaitin az olduğunu  nəzər yetirərək, bu vəsaitin artırılmasını təklif etdik. Ancaq  bu sahəyə vəsait nəzərdə tutulduğu qədər ayrılmadı. Ancaq Azərbaycan  Prezidenti mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən sonra mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çox səxavətli bir vəsait ayırdı. Bu da mədəniyyət sahəsinin müxtəlif istiqamətlərinin inkişafına imkan yaratdı. Biz bu ildə həmin vəsaitin daha da artırılmasına nail olmalıyıq”- R.Hüseynov bildirib.
O əlavə edib ki, Azərbaycan mədəniyyəti zəngin olduğundan bu sahənin ümumi inkişafına nail olmaqla digər qüvvələrlə rəqabət apara bilərik.

Paylaş: