Azərbaycan radiosunda Bədii Şura yaradılıb
Tarix: 17-09-2019, 11:54




“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb. 
Bu barədə "Report"a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
Bədii Şuranın tərkibi də artıq müəyyən olunub:
1. Rəşad Nəsirov - AzTV – nin sədr müavini
2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini
3. Eldost Bayramov – Diktor
4. Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru
5. Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
6. Qorxmaz Şıxalıyev - “Səhər” redaksiyasının baş redaktor müavini
7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə topıanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.
Qeyd edk ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

Paylaş: