Zenfira yeni imicinə görə tənqid olundu
Tarix: 17-09-2019, 11:37




Müğənni Zenfira İbrahimovanın yeni imici müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, o, uzun illər sonra xarici görünüşündə dəyişiklik edib.
Sənətçi uzun saçlarını qısa ilə əvəzləyib. İfaçı sözügedən görüntüsünü instaqram səhifəsində paylaşıb. 
Zenfira yeni fotosessiyasında fərqli görünmək üçün belə addım atdığını qeyd edib. Lakin instaqram istifadəçiləri müğənninin dəyişimini bəyənməyib.
O, tənqidlərin qarşısını almaq üçün qısa saçlı şəkillərində rəy bölməsini bağlayıb.









Paylaş: