“Molla dua oxuyanda anam qəbirə pıçıldadı”
Tarix: 17-09-2019, 10:29

âMolla dua oxuyanda anam qÉbirÉ pıçıldadıâ

“Bir gün anam mənə dedi ki, ay oğul, məni oğlumun qəbri üstünə apar. Cavab verdim ki, uzaqdır, səhər gedərik. Söylədi ki, səhərdən o tərəfə keçməsin, mütləq getməliyəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Tacir Şahmalıoğlu “Bizimləsən” proqramında qonaq olarkən deyib. O, verilişdə anası ilə son dialoqundan bəhs edib:
“Getdik, molla dua oxuyanda anam qəbirə pıçıldadı.Yolda gələndə anamdan soruşdum ki, qəbirlə nə danışırdın? Birinci demək istəmədi, amma sonra dedi ki, mən balama söz verdim, tezliklə onun yanına gedəcəm. Bu söhbətdən 20 gün sonra dünyasını dəyişdi”.

Paylaş: