Sədri divara dirədilər: “Fateh niyə 6 veriliş aparır?”
Tarix: 17-09-2019, 09:44



İTV-nin efirində "3D" adlı yeni layihəyə start verilib.
Kult.az xəbər verir ki, verilişin bu gün efirə gedən ilk buraxılışının qonağı İTV-nin baş direktoru Balakişi Qasımov olub. B.Qasımov veriliş boyu robot aparıcı “Dadaş Dadaşlinksi”nin suallarını cavablandırıb.
B.Qasımov Azərbaycan televiziyalarından danışıb, yeni mövsümdə İTV-nin efirində baş tutacaq yeniliklərdən bəhs edib.
Robot aparıcının direktora “Aparıcı Fateh uşaqlıqda sizin həyatınızı xilas edib?”, “Niyə məhz o 6 veriliş aparır?”, “Maaşlar nə zaman artacaq?” kimi maraqlı suallarına direktorun səmimi cavabları efir məkanında bir ilkə çevrilib və böyük maraqla qarşılanıb.



Paylaş: