“Həyat yoldaşım dedi ki, saçlarını boyasan, səndən ayrılacam, ona görə də...”
Tarix: 17-09-2019, 08:37




Xalq artisti Səməd Səmədovun ağ saçlarıyla instaqram səhifəsində fotolarını paylaşması izləyicilərin diqqətindən yayınmayıb. Həmişə saçlarını qara rəngə boyayan S.Səmədovun bu görünüşü isə hamını təəccübləndirib. 

Məsələylə bağlı Moderator.az-a danışan S.Səmədov buna görə həyat yoldaşının onun qarşısında şərt qoyduğunu bildirib:

“Həyat yoldaşım dedi ki, ya məni seç, ya da saçlarını boyamağı. Dedi ki, əgər saçına bir də rəng qoysan, səndən ayrılacam. Ona görə də mən də qırx illik həyat yoldaşımı seçdim”.

S.Səmədov yeni işlərindən də danışıb:

“Özümə yeni duet ortağı götürmüşəm. Siz bilirsiniz ki, prodüsserim Rövşən Nadir Qafarzadənin yanına qayıdıb. Mən ona hallalıq vermişəm və arzu etmişəm ki, ruzisi bol olsun. İndi özümə Rəhilə Əliyeva adlı prodüsser götürmüşəm. Hətta ona oxumağı da öyrətmişəm, iki klip də çəkdirmişik. “Allah qorusun” adlı mahnımızı artıq tamaşaçılara təqdim etmişik”. 



Paylaş: