İşdən çıxarıldığı deyilən Əməkdar artistdən açıqlama
Tarix: 16-09-2019, 17:56




Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 30-a yaxın müəllimin işdən azad edilməsi haqqında məlumat yayılıb.
Xəbərdə qeyd edilib ki, Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Əməkdar artistlər Ötkəm İsgəndərov, Nadir Xasıyev, elmlər doktoru, dosent Fərhunə Atakişiyeva daxil olmaqla xeyli sayda şəxs işindən azad olunub. 
“Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün Əməkdar artist Ötkəm İsgəndərovla əlaqə saxlayıb, o, bu xəbəri təəccüblə qarşılayıb:
"İncəsənət universitetindən 4 ildir ki, çıxmışam".
Qeyd edək ki, məsələ ilə bağlı əlaqə saxlamağa çalışdığımız digər Xalq artistləri və Əməkdar artistlər telefona cavab verməyiblər. 

Paylaş: