Zöhrə Abdullayeva oğlunu itirdikdən sonra İLK DƏFƏ EFİRDƏ
Tarix: 16-09-2019, 17:19




Bir müddət öncə oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun fasilədən sonra efirə çıxıb.
Lent.az -ın məlumatına görə, "Bizimləsən" verilişinə qatılan müğənni keçirdiyi ağır günlərdən danışıb:
"Qəm-qüssə mənim vəzir-vəkilimdir. Hərəsi bir tərəfimdə əyləşib.Sevinə, gülə bilmirəm. Qəhqəhəm, sevincim onla getdi. Dünya gözümdə bir qarışqadır. Nəfəs alıram, yaşamıram. Fələyin zərbəsi bizə qəfil dəydi. Səhnəni də, oğlumu da itirdim. İkisiylə də yaşayırdım. Hərdən elə bilirəm yaşayır, hardansa mənə baxır. Oğlum oxumağımı sevirdi. Çox zarafatçıl idi, heç kimin xətrinə dəyməzdi".

VİDEO BURADA​​​

Paylaş: