49 yaşlı aktyor xərçəngin qurbanı oldu
Tarix: 16-09-2019, 15:47




Amerikanın tanınmış aktyoru, 49 yaşlı Brayan Terk vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Brayan Terkin ölümünə səbəb xərçəng xəstəliyi olub. Bir ildir ağır xəstəlikdə mübarizə aparan aktyorun müalicəsi üçün külli miqdarda vəsait toplansa da, kimyaterapiyalar heç bir nəticə verməyib.
Brayan Terk "Beverli-Xillz 90210", "Amerika piroq 2", "Timsah Dandi Los-Ancelesdə" filmlərində əsas obrazları ifa edib.
Ailəli olan aktyorun 8 yaşında oğlu var.



Paylaş: