“Şeytan deyilmi?” – Tolik dindarlara üz tutdu, sərt tənqid etdi
Tarix: 16-09-2019, 13:09




Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) bu dəfə saxta dindarları tənqid atəşinə tutub. 
“Yeni Sabah” xəbər verir ki, dini mərasimdən görüntülər paylaşan Tolik onları qınayıb:
“Sabahınız xeyir olsun, mənim dinli, imanlı, Allah sevgisi ürəyindən əskik olmayan azərbaycanlı qardaş və bacılarım. Bu video İranda çəkilib, məncə. Çünki yalnız orada məhərrəm ayında çıxan belə şeylər bizim müzakirəmizə səbəb olur. Diqqətlə qulaq asdım, deyir ki, "O gələcək". Məncə, 12-ci imamımız Mehdi haqqında deyir, amma niyə özün bu hala salır? Sizcə, şeytan deyilmi, onu bu hala qoyan?”
Həmin görüntüləri təqdim edirik:

VİDEO BURADA​​​

Paylaş: