"Türklər barbardır" - "Netflix"dən Türkiyəyə qarşı böyük hörmətsizlik
Tarix: 16-09-2019, 12:39



"Netflix" rəqəmsal platforması yayımladığı filmlərdə tez-tez Türkiyəyə qarşı nifrətini göstərir.

Bu dəfə də eyni hal davam edib.

BakuPost.az  Türkiyə mediasına istinadən xəbər verir ki, "Netflix"in yaydımladığı "13 Commandments" adlı serialın ilk bölümündə Atatürk və Ərdoğanın şəkillərindən istifadə edilərək türklər barbar və qatil kimi göstərilib.

Belə ki, film bir türkün boğaz kəsərək cinayət işləməsi ilə başlayır. Belçika istehsalı olan filmdə qatilin türk olduğunu vurğulamaq üçün divara asılmış Atatürk və Ərdoğanın şəkillərindən istifadə olunub.


Xatırladaq ki, rəqəmsal platformada daha əvvəl yayımlanan "Collateral" adlı serialda isə  "Kırıkkale dünyanın ən bərbad yeridir və nə yaxşı ki,  türk olaraq dünyaya gəlməmişəm" sözlərinə yer verilmişdi.

Paylaş: