"Rustavi-2"nin keçmiş maliyyə direktorunun ölkədən çıxışına qadağa qoyulub
Tarix: 12-09-2019, 18:01




Tbilisi Şəhər Məhkəməsi "Rustavi-2" telekanalının keçmiş maliyyə direktoru Kaxa Damenianın ölkəni tərk etməsinə qadağa qoyub və 50 min lari girov tələb edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, hakim Ekaterine Kululaşvili bunu ittiham tərəfinin maneə və gizlənmə təhlükəsi olması ilə əlaqələndirib.
Qeyd edək ki, Kaxa Damenia bir qrup şəxslə birlikdə "Rustavi-2" telekanalına məxsus külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunur. Lakin o, irəli sürülən ittihamları rədd edib və heç bir cinayət törətmədiyini bildirib. 

Qeyd edək ki,sentyabrın 6-da telekanalın keçmiş maliyyə direktoru ilə yanaşı keçmiş baş direktor Nika Qvaramiya qarşı da eyni ittihamlar irəli sürülüb. 

Paylaş: