Manaf Ağayevdən BOŞANMA ilə bağlı — "Toydan sonra yengə lazım deyil..."
Tarix: 12-09-2019, 17:11




"Toydan sonra yengə lazım deyil. Onun çox biabırçı bir izahını verərdim... Bura efirdir, olmaz!"
"Ölkə.Az" xəbər verir ki, bu sözləri APA TV-də yayımlanan "Tahirə ilə gecə söhbətləri" verilişində tanınmış müğənni Manaf Ağayev deyib.
O qeyd edib ki, bəzi toy adətlərimiz var ki, onları aradan qaldırmaq lazımdır:
"Gənclər bir-birini bəyənib, sevib, evləniblər. Onları orada gözləməyin nə manası var ki?".
Manaf Ağayev son illər boşanmaların sayının artmasından da danışıb:
"Əvvələr evlənən yüz adamdan biri boşanardı. İndi Evlənənlərin 50 faizi boşanır. Bilmirəm zəmanə dəyişib, yoxsa insanlar".

Paylaş: