“Kvartal-95” studiyası Bakıda konsert verəcək
Tarix: 12-09-2019, 15:34




Oktyabrın 24-də Bakıda Heydər Əliyev adına Sarayda Ukraynanın məşhur “Kvartal-95” studiyasının konsert proqramı keçiriləcək.
Konsertin təşkilatçısı “Global Media Group”dur.
“Kvartal-95” Avropanın əyləncəli tədbirlər keçirən ən böyük şirkətlərindən biridir. Yaxşı yumor və həyata pozitiv baxış, kəskin siyasi satira və aktuallıq, ümumbəşəri və ailə dəyərlərinin ahəngi studiyanın dəst-xətti sayılır.
“Kvartal-95” şirkəti 2003-cü ildə yaranıb. Şirkətin banisi və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.
“Kvartal-95”in aktyorları Ukrayna kinosu, TV və şou-biznesinin ulduzları, çoxmilyonlu auditoriyanın sevimliləridir. Şirkətdə kino və televiziya sahəsində böyük təcrübəsi olan ən yaxşı müəlliflər, ssenaristlər, rejissor və prodüserlər çalışır.

VİDEO BURADA​​​

Paylaş: