"Eşkiya dünyaya hükümdar olmaz"da daha iki MƏŞHUR
Tarix: 12-09-2019, 12:52




Türkiyənin ATV kanalında 2015-ci ildən yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialına iki yeni aktyor – Kutay Sungar və Ufuk Tevge cəlb edilib.
Yenicag.az xəbər verir ki, baş rollarında Oktay Kaynarca, Tarık Ünlüoğlu, Mustafa Üstündağ, Hüseyn Avni Danyal, Yunus Emre Yıldırımer və Ozan Akbaba kimi aktyorların yer aldığı serial yeni mövsümə də çox iddialı gəlir.
Sentyabrın 17-də 5-ci mövsümün ilk bölümü ilə ekranlara gələcək serialın aktyor heyətinə bir müddət əvvəl Selda Alkor, Naz Elmas və Burak Sergen daxil edilmişdi.
Bu günlərdə isə daha iki məşhur aktyor – Kutay Sungar və Ufuk Tevge “eşkiya ailəsi”nə qatılıb. Onlar fenomen serialda Burak Sergenin oğullarını canlandıracaqlar.




Paylaş: