"Məni elə vəziyyətdə yaxaladı ki..."
Tarix: 12-09-2019, 09:10




Tanınmış aparıcı Sona Rəsulova ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda o, sosial şəbəkədə məlumat yayıb. Sona bildirib ki, sevgilisi Türkiyədə istirahət zamanı ona evlilik təklifi edib:
"Hər dəfə belə videolara gülüşlə baxırdım. Heç vaxt düşünməzdim ki, nə vaxtsa mənim də başıma belə hadisə gələr. Dənizin ortasında sevdiyin insandan gözlənilməz evlilik təklifi almaq məni elə vəziyyətdə yaxaladı ki, saçımı daramağa belə imkanım olmadı. Əsas bu deyil. Ən əsası odur ki, mənim cavabım "hə" oldu. Sevgi möcüzələr yaradır, hər şeyə qadirdir, planlarımızı dəyişdirməyə qadirdir. Qısası, sevginin olması, qalib gəlməsi və yüksəklərə qaldırması gözəldir. Hər kəsə xoşbəxtlik və sevgi arzulayıram".
S.Rəsulovanın ərə gedəcəyi şəxs Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, Sonanın ilk həyat yoldaşı "Dəyirman" qrupunun solisti Elmir olub. Aparıcı hal-azırda "Media fm"də çalışır. O, fəaliyyəti dayandırılan ANS-də "Bala dili" və "Tutugildə" kimi proqramların aparıcısı kimi tanınıb.

View this post on Instagram

Всегда с улыбкой смотрела на видео такого рода и никогда не думала, что когда-то со мной может произойти то же самое. Неожиданное предложение руки и сердца посредине моря от любимого человека застало меня в такой расплох, что я даже причесаться не успела после моря ☺️ Хотя самое главное не это... самое главное то , что мой ответ был ДА! Любовь творит чудеса, любовь способна на все, любовь способна поменять наши планы..., короче хорошо , когда есть любовь , хорошо когда побеждает и берет вверх


Paylaş: