"Mənim nə borcumadır ki, “Sığmazam”ı kim necə oxuyur..."
Tarix: 12-09-2019, 08:51




İki gündür ki, Sami Yusufun İ.Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnmiş kompozisiyası “Youtube” sosial şəbəkəsinə yerləşdirildikdən sonra rekord baxış sayı əldə edib. 

Bir vaxt Afət Fərmanqızı haqda xoş fikirlər səsləndirən əməkdar artist Elnarə Abdullayeva görəsən bu kompozisiyanı da dinləyibmi?

Moderator.az-ın sualını cavablandıran E.Abdullayeva kompozisiyadan xəbərsiz olduğunu bildirdi:

“Bu kompozisiyadan vallah xəbərim yoxdur, dinləməmişəm. Bir az başım qarışıqdı deyə saytlara baxmıram. Necə oxuyublarsa, yaxşı ediblər. Mən guya nəsə desəm, nəsə dəyişəcəkmi? Kim nə oxuyursa, Allah işini avand eləsin, qardaş. Mənim nə borcumadır ki, “Sığmazam”ı kim necə oxuyur, kiməsə söz deməyə ixtiyarım yoxdur. Buna bizim başbilənlərimiz münasibət bildirsinlər. Biz başımızı aşağı salıb yavaş-yavaş öz işimizlə məşğul olsaq yaxşıdı. Bunların çəkisini sənətin fədailəri yaxşı bilər”.

E.Abdullayeva deyib ki, sənətiylə bağlı yeni işlər görmək arzusundadır:

“Sənətimlə bağlı yeni layihələrim var, iş görmək istəyirəm. Görüm başa çıxsam, yaxşı olacaq”. 


Paylaş: