“Bu problem deyilməyə-deyilməyə bəlaya çevrilə bilər...”
Tarix: 12-09-2019, 08:50




Qarşıdan 18 sentyabr – Milli Musiqi Günü gəlir.
Maraqlıdır, müasir Azərbaycan musiqisi ölməz sənətkar Üzeyir Hacıbəyovun əsasını qoyduğu milli musiqi dəyərlərinə yetərincə sadiqlik sərgiləyə bilirmi? Bu günün Azərbaycan musiqisi mili köklərə bağlılıq, peşəkarlıq baxımından Ü.Hacıbəyov prinsiplərinə cavab verirmi?
Moderator.az-a açıqlama verən xalq artisti Mübariz Tağıyev ümumilikdə vəziyyətin qənaətbəxş olduğunu söyləsə də, onu narahat edən məqama da diqqət çəkdi:
“Mənə elə gəlir ki, son illər Azərbaycanda fəaliyyət göstərən sənət ocaqları, musiqi məktəbləri, iki konservatoriya bu prosesdə fəal iştirak edir. Buraxılış imtahanlarına baxanda həqiqi mənada ürəkaçan, istedadlı gənclərin səhnəyə gəlməkdə olduğunu görürük. Bu mənada hesab edirəm ki, hər şey öz qaydasındadır. Sadəcə olaraq, insanları qıcıqlandıran bir məqam var ki, bu da təməli qoyulmuş istiqamətdən bəzi hallarda müəyyən uzaqlaşmalarla bağlıdır. Lakin bu, vaxtın, zamanın nəbzi ilə bağlıdır. Axtarışlar gedir. Bunun qarşısını almaq mümkün deyil. Mən onu nəzərdə tuturam ki, müəyyən mahnılarda fars, hind və digər mənbələrdən götürülmüş uydurmalar yer alır. Bu, deyilməyə-deyilməyə bəlaya çevrilə bilər. Hazırlıqlı insanlar bu işlə məşğul osla, hər şey öz qaydasında olar”.

Paylaş: