“Avroviziya 2020”yə hansı ölkələr razılıq verib?
Tarix: 11-09-2019, 17:35




2020-ci ilin may ayında Niderlandın Rotterdam şəhərində keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 33-ə çatıb. Novator.az bildirir ki, mahnı müsabiqəsində iştirakını ev sahibi Niderland və bu ölkələr təsdiqləyib:
Albaniya
Almaniya
Avstraliya
Avstriya
Belarus
Belçika
Böyük Britaniya
Çexiya
Estoniya
Danimarka
Finlandiya
Fransa
Gürcüstan
Xorvatiya
İrlandiya
İslandiya
İspaniya
İsrail
İsveç
İsveçrə
Kipr
Latviya
Litva
Norveç
Portuqaliya
Rusiya
San Marino
Serbiya
Sloveniya
Şimali Makedoniya
Ukrayna
Yunanıstan.
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.
Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri götürüb.
Ölkə daha dörd iştirakda ilk beşlikdə qərar tutub. 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci olub.
Digər nəticələr belə sıralanır: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yer, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yer, 2015-ci ildə Elnur Hüseynov 12-ci yer, 2017-ci ildə Diana Hacıyeva 14-cü yer, 2016-cı ildə Səmra Rəhimli 17-ci yer, 2014-cü ildə Dilarə Kazımova 22-ci yer.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova 26 nəfərlik finala çıxa bilməyib. Yarımfinalda topladığı xalları nəzərə alanda o, bütövlükdə yarışın 43 iştirakçısı arasında 30-cu yerdə qərarlaşıb.

Paylaş: