Şəbnəmin “Nu pogodi” BİABIRÇILIĞI
Tarix: 11-09-2019, 12:56




Müğənni Şəbnəm Tovuzlu ATV-də yayımlanan “Üçümüz” proqramında qonaq olub.
 
Primetime.az xəbər verir ki, ifaçı bu dəfə də müzakirələrə səbəb olan açıqlama verib. Belə ki, Şəbnəm Azərbaycan bölməsində təhsil aldığını, Rusiyada yaşayan zaman özünü vəziyyətdən çıxara biləcək qədər rus dilini bildiyini vurğulayıb. Bu zaman Elcan “Nu, poqodi” çizgi filmində canavarın adı nədir?”- sualını verib. Şəbnəm isə “Nu, zayes, zayesdir. Amma yox, zayes dovşandır”- deyə bildirib.
 
İ. Mehrəliyev daha sonra canavara “volk” deyildiyini söyləyib.
 
Qeyd edək ki, verilişin aparıcıları Elcan Rəsulov, İslam Mehrəliyev və Anar Xəlilidir.

Paylaş: