Qazaxıstanda Nazarbayevin rolunu oynayan aktyor Parlamentə seçildi
Tarix: 11-09-2019, 12:28




"Liderin yolu" filmində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev rolunu oynadıqdan sonra məşhurlaşan aktyor Nurlan Alimcanov parlamentə seçilib. O, çərşənbə günü Məclisin Aşağı Palatasının deputatı olaraq and içib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verib.
"Bizim sıralarımıza başqa bir deputat qatıldı; MSK-nın qərarı ilə Nur Otan partiyasının üzvü Alimcanov Nurlan Bayanqaliyeviç partiya siyahısında Məclis üzvlüyünə qeyd edildi", -  deyə çərşənbə günü keçirilən plenar iclasda Palata sədri Nurlan Niqmatulin bəyan edib.
35 yaşlı Alimcanov bir neçə filmdə Nursultan Nazarbayevin rolunu oynayıb.
Nazarbayev, Alimcanovun üzvü olduğu Nur Otan partiyasına rəhbərlik edir.



Paylaş: