Rihanna telefondan istifadəni qadağan etdi
Tarix: 11-09-2019, 11:55




Dünyaca məşhur müğənni Rihannanın brendi olan “Savage X Fenty”in yeni kolleksiyası təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, alt paltarı məhsulları Nyu-York moda həftəsi çərçivəsində nümayiş etdirilib.
Maraqlı şouda lentə alınan fotolar Amerika KİV-lərində yayımlanıb. Dəfilə isə 20 sentyabr tarixində Amazon Prime kanalında göstəriləcək.
Gecədə telefon və kameradan istifadəyə icazə verilməyib. Moda tədbirində Rihanna da rəqqasları ilə səhnəyə çıxaraq markasının payız-qış kolleksiyasını təqdim edib.
Bundan əlavə, Gigi və Bella Hadid, Cara Delevingne, Joan Smalls da tədbirdə yer alıb.

















Paylaş: