Qəza törədən AzTV əməkdaşları narkotika vasitə təsiri altında olublar? — ŞOK TƏFƏRRÜAT
Tarix: 11-09-2019, 10:55



Ötən gün Bakının Səbail rayonu, Parlament prospektində avtomobil qəzasına düşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) 2 əməkdaşının xəsarət alması hadisəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qəza baş verən zaman AzTV-nin İT-kreativ şöbəsinin əməkdaşları olan Nicat Əsədov və Samir Cəfərov avtomobildə 2 xanımla olublar.  

Qəzaya səbəb onların narkotik vasitələrin təsiri altinda olması olub. 

Qeyd edək ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha 2 xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş: