“Siz Afətin oxuduğunu əsər sayırsınız?” - Tolikdən sərt sözlər
Tarix: 11-09-2019, 10:38




Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli müğənni Sami Yusuf dahi şairimiz, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan kompozisiyanı sosial şəbəkədə paylaşıb və ona tərif yağdıranlar arasında prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) də olub. 
Paylaşımına bir izləyicisi tərəfindən gələn “Afət Fərmanqızı bayağı oxuyub biabır etmişdi, bəziləri də ona haqq qazandırırdı, onlardan biri də elə Tarix idi. İndi Tarix bəy Sami Yusifə xoş sözlər deyir. Biz Tarix bəyin hansı sözünə inanaq?” rəyinə  Tolik sərt cavab verib:
“Siz Afətin oxuduğunu əsər sayırsınız? Mən mahnını bəyəndim, çünki oynamaq üçün, uşaqların dilinə düşmək üçün pis bir şey deyildi. Amma bu layihədir, burda dünya şöhrətli Sami Yusifdən söhbət gedirsə, bu müqayisə belə olunmazdır”.





Paylaş: