Sinəsini kiçiltdirdiyinə görə peşman olan müğənnimiz ARIQLADI
Tarix: 11-09-2019, 10:30



Sinə kiçiltmə əməliyyatı etdirən meyxanaçı Samirə Yusifqızı imicinə əl gəzdirtdirib.
Lent.az -ın məlumatına görə, saçlarını tünd rəngdə boyatdıran ifaçının arıqladığı da diqqətdən qaçmayıb. Samirə bildirib ki, xüsusi pəhriz vasitəsi ilə arıqlayıb.
Qeyd edək ki, S.Yuifqızı bir müddət öncə Lent.az -a bildirmişdi ki, sinəsini kiçildirdiyi üçün peşmandır: “Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur.
Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm”.




Paylaş: