Amerikalı aktyor Con Uesli vəfat edib
Tarix: 9-09-2019, 16:52

Amerikalı aktyor Con Uesli vÉfat edib

Aktyor Con Uesli 72 yaşında vəfat edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor onkoloji xəstəlikdən dünyasını dəyişib. 
Vyetnam müharibəsinin iştirakçısı olan aktyor “Beverli-Hillzdən olan prins” və “Freyzer” kimi sitkomlarda rol alıb.
O, 1985-ci ildə Çak Norrislə, 1992-ci ildə Silvester Stallone ilə tərəf müqabili olub.

Paylaş: