Şövqi Hüseynovun ABŞ-da əldə etdiyi növbəti uğuru
Tarix: 9-09-2019, 15:27




Azərbaycanın tanınmış teatr və kino aktyoru, əməkdar artist, " Zirvə" mükafatı və "Stanislavski" medalı laureatı Şövqi Hüseynov avqustun 28, 29 və 30-da ABŞ-ın Boston şəhərində qastrol səfəri ilə çıxış edib.
Open.az xəbər verir ki, Şövqi Hüseynov Boston şəhərində Patrik Züskindin "Kontrabas" mono-tamaşasını nümayiş etdirib.
"Kruq" Teatrının bədii rəhbəri Yuri Rubençikin dəvəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan səfərdə xarici tamaşaçılar yenidən "Kontrabas"a heyran olublar.
Beləliklə, Şövqi Hüseynov 21 illik "Kontrabas"ı ilə dünyanın ən məşhur teatr səhnələrini fəth etməkdədir.
"Kontrabas" mono-tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
1998-ci ildə tamaşaya qoyulan əsərin müəllifi Patrik Züskind, quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı, mərhum rejissor İrina Perlovadır.
1 saat davam edən tamaşanın süjet xətti ensiklopedik biliklərə malik qəhrəmanın həyatda çox sadə mövqe sahibi olmasıdır. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Əsərin qəhrəmanının sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyəttin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Paylaş: