Mədə kiçildən Gülruh Nəcəfova növbəti əməliyyata hazırlaşır
Tarix: 9-09-2019, 08:32




 “Eşit səsimi” mahnısı ilə ulduzu parlayan müğənni-fenomen Gülruh Nəcəfova  yenidən estetik əməliyyat etdirəcəyini açıqlayıb.
Məşhur fenomen  bu haqda özü UlduzumSan.Az-a məlumat verib:
“ Sentyabrının 11-də yenidən əməliyyata girəcəyəm. Başqa bir əməliyyat baş tutacaq. Əməliyyatın adı isə hələ açıqlanmayacaq, bu haqda doktorum məlumat verəcək”.
Gülruh Nəcəfova söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib. Fotoların müəllifi tanınmış fotoqraf  Səbuhi İmansoydur.
Xatırladaq ki, fenomen  iki il əvvəl mədə kiçiltməsi xəbəri ilə gündəmə gəlmişdi.




Paylaş: