Günay Musayeva podiumda "yandırıb-yaxdı"
Tarix: 9-09-2019, 08:28



Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində  “Xarı bülbül çiçəyi” adlı yeni kolleksiyasını təqdim edib. 
UlduzumSan.Az   xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir.  Podiumun əsas modeli isə Günay Musayeva olub.
Xatırladaq ki, bu, Rüfət İsmayılın Nyu Yorkdakı 3-cü moda nümayişidir. Onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. Azərbaycanlı dizaynerin kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.
 





Paylaş: