Sinanla Burcu da boşandı
Tarix: 6-09-2019, 16:45




9 aylıq evlilikdən sonra ayrılmağa qərar verən Sinan Akçıl və Burcu Kıratlı boşanırlar.
Burcu Kıratlının Sinandan ayrıldığına görə qonaqlıq təşkil etdiyi iddia edilsə də, o, iddianı rədd edib.
“Ölkə.Az” xəbər verir ki, 9 ay əvvəl Amsterdamda yuxu kimi  bir toyla ailə həyatı quran  Sinanla Burcu evliliyə son veriblər. 
Burcunun Sinanla ayrılmasını tanınmış simaların iştirakı ilə qonaqlıqda qeyd etdiyi iddia edilir.
Burcu deyilənləri təkzib edərək, sərt reaksiya verib. “Boşanma partisi, söylənməsi belə çirkin. Bundan söhbət gedə bilməz.  Bu həssas dönəmdə belə çirkin və yalan xəbərləri vermək düz deyil. Bir az sayğı göstərmək lazımdır”.




Paylaş: