Ayan Babakişiyeva qəzaya düşən qardaşı barədə: “Komada olmayıb”
Tarix: 6-09-2019, 12:08




Müğənni Ayan Babakişiyeva qardaşının fotosunu paylaşaraq artıq onun ayağa qalxdığını yazıb. 
“Yeni Sabah” xəbər verir ki, Ayan qardaşının komada olmadığını, bu məlumatın yalan olduğunu bildirib:
“Canım əkizim, artıq yavaş-yavaş ayağa qalxırsan. Mənim əzizlərim, qardaşım qəzadan sonra komada olmayıb, sadəcə çox ağır ve ölümdən dönüləcək qəza oldu. Şükür, bu günümüzə ki, Samirimizi Allah bizə bağışladı. Bəzi insanlar yazmasın burda qardaşın komadadı, sən əylənirsən”.
Xatırladaq ki, ifaçının qardaşı avqust ayının 14-ü ağır avtomobil qəzası keçirmişdi. 




Paylaş: