Şeyma Subaşı yazdığı kitaba görə polisə düşdü
Tarix: 5-09-2019, 16:55



Məşhur model, Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı polisə çağırılıb. 
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, "Sadəcə Şeyma" adlı kitabın oxucularından biri polisə şikayət ərizəsi yazıb. 
Oxucu ərizəsində qeyd edib ki, kitabın bir fəslində üz baxımında istifadə üçün “hyaluron” əvəzinə "hidroxlor turşusu"ndan (təhlükəli maddə) istifadə məsləhət görülüb.
Polisə ifadə verən Şeyma Subaşı bunun nəşriyyatın səhvi olduğunu bildirib:
“Kitab çapa veriləndə bu texniki səhv gözdən qaçıb”.
29 yaşlı Şeyma bunu qəsdən etmədiyini vuğulayıb. 



Paylaş: