"Doğum günündə Səyavuş Aslana kədərli hədiyyə oldu..."
Tarix: 5-09-2019, 13:07

Elşən Cəbrayılov: Doğum günündə Səyavuş Aslana kədərli hədiyyə oldu...

Sentyabrın 5-i Azərbaycan Teatrının və kinosunun qüdrətli sənətkarı, Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Səyavuş Aslanın doğum günüdür.
Open.az xəbər verir ki, bu gün görkəmli sənətkarın 84 yaşı tamam olur.
Sentyabrın 5-i həm də Azərbaycan Teatrının mərhum aktyoru Şahin Cəbrayılovun anım günüdür.
Şahin Cəbrayılovun dünyasını dəyişməsindən isə 12 il ötür.
Məhz bu səbədən mərhum sənətkarın oğlu, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Elşən Cəbrayılov atası və Səyavuş Aslanla bağlı kövrək xatirəsini paylaşıb.
Elşən Cəbrayılovun yazdığı kövrək sətirləri təqdim edirik : "Şəxsiyyətlər heç vaxt yaddan çıxmır. 5 sentyabr 2007-ci il. Saat 09.15-də gözlərini əbədi yumub, 57 yaşında dünyadan köç edən atam aktyor Şahin Cəbrayılov! Bu gün görkəmli sənətkar Səyavuş Aslanın doğum günü! Dostunun ad gününə qəmli hədiyyə! Səyavuş əminin sözləri hələ də qulaqlarımdadır: "Şahin, bu nə hədiyyədir mənə etdin?" Nə isə. Hər iki sənətkarın ruhu şad olsun!"




Elşən Cəbrayılov: Doğum günündə Səyavuş Aslana kədərli hədiyyə oldu...
Elşən Cəbrayılov: Doğum günündə Səyavuş Aslana kədərli hədiyyə oldu...

Paylaş: