Seren Serengil ərini məhkəməyə verdi
Tarix: 5-09-2019, 10:15




Seren Serengil boşanma ərəfəsində olduğu ərini məhkəməyə verib.
“Ölkə.Az” xəbər verir ki, Serengil vəkili Esennru Ezgi ilə birgə İstanbul məhkəməsinə gələrək  əri Yaşar İpekdən şikayət edərək  həbs olunmasını istəyib.
Məhkəmə çıxışında S.Serengil jurnalistlərə açıqlama verib.
“Yaşar mənim təzyiqimin qalxa biləcəyini və belə bir durumda  bətnimdəki uşağı  itirəcəyimi  bilə-bilə  addım atdı. Mən bir daha ana olmaya bilərəm”.
Serengil ərinin qadına qarşı zorakılıqda ittiham edərək məsuliyyətə cəlb olunmasını istəyir.
“Övladımı ona görə itirdim”- deyə o, qeyd edib.




Paylaş: