Namiq Ağayevin "Ol" filminin təqdimatı olacaq
Tarix: 4-09-2019, 11:01



Rejissor Namiq Ağayevin "Ol" filmi nümayiş olunacaq.
Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqınına (AKİ) istinadən xəbər verir ki, sentyabrın 6-sı saat 19.00-da Kino Evində rejissor Namiq Ağayevin yeni filminin təqdimatı olacaq.
Tragikomediya janrında çəkilən “OL” filmində iki qardaşın taleyindən bəhs edir. Rejissor bildirib ki, “Ol!” Allah təalanın kəlamıdır, eyni zamanda yaşa deməkdi: “Bu söz insana yaşamaq üçün, gələcəyə doğru davam etmək üçün pozitiv enerji ötürür, güc verir. Buna görə filmin adı “Ol” adlanır. Daima irəliləmək lazımdır.Tamaşaçı bu filmdən pozitiv enerji alacaq. Onsuz da dərdləri kifayət qədərdir. İstəmədik, bir də bizim filmə baxanda fikrə getsinlər. Ümumiyyətlə kino mənim üçün sosial sənət növüdür. Bütün kütlələrə xitab etməlidir. Filmi hər kəs başa düşməlidir”.
Xatırladaq ki, filmin ssenari müəllifi Namiq Ağayev, Fikrət Məmmədov, quruluşçu rejissoru – Namiq Ağayev, operator Ramin Asimoğlu, prodüserlər – Fariq Cəfərov, Rəşad Cəfərovdur.
Rollarda iştirak edirlər: Tuncer Salman, Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və b.
Qeyd edək ki, film Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.
Namiq Ağayevin Ol

Paylaş: