Tanınmış teatr aktrisası vəfat edib
Tarix: 3-09-2019, 15:36




Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktrisası Zinaida Slavina vəfat edib.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, 79 yaşlı aktrisasnın ölüm xəbərini "Содружества актеров Таганки" Teatrının bədii rəhbəri Nikolay Qubenko yayıb.
Mərhum aktrisa ilə vida mərasiminin teatrda olacağı deyilib.
Qeyd edək ki, Zinaida Slavina 1940-cı ildə anadan olub.
1964-cü ildə Moskva Taqanka Teatrının truppasında çalışıb. 1993-cü ildən isə "Содружество актеров Таганки" Teatrının aktrisası olub.
Xalq artisti bu illər ərzində teatr səhnəsində 1600-dən çox obraza səhnə ömrü bəxş edib.

Paylaş: